Maduro Venesuela Mərkəzi bankının sədrini vəzifəsindən kənarlaşdırıb

Maduro Venesuela Mərkəzi bankının sədrini vəzifəsindən kənarlaşdırıb
# 22 yanvar 2017 22:03 (UTC +04:00)

Venesuela Mərkəzi bankının sədri Nelson Merentes vəzifəsindən kənarlaşdırılıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Nikolas Maduro bəyan edib.

Venesuela prezidenti Mərkəzi bankın sədri vəzifəsinə Rikardo Sanqinonu təyin edib.

Hazırda Cənubi Amerikanın ən iri neft ixracatçısı olan Venesuelada neftin qiymətlərinin dünya bazarında kəskin aşağı düşməsi fonunda ciddi maliyyə böhranı yaşanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR