CNN: Avropa Oyunları ilə Azərbaycan özünü və paytaxtını diqqət mərkəzinə gətirmək istəyir

CNN: Avropa Oyunları ilə Azərbaycan özünü və paytaxtını diqqət mərkəzinə gətirmək istəyir
# 04 iyun 2015 08:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə CNN-in Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı hazırladığı məqalədə deyilir. Yazıda bildirilir ki, hər 4 ildən bir keçiriləcək oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ildə qərara alınıb və dekabrda Romada Baş Assambleyanın iclasında elan edilib: “Əlli Avropa ölkəsinin nümayəndələri açılışı 12 iyun və bağlanışı 28 iyun tarixində keçiriləcək yarışda mübarizə aparacaqlar. Komitə bəyan edib ki, bu oyunlar heç cür Olimpiya oyunlarının oxşarı olmayacaq və idmanın cəlbediciliyinin artırılmasına yönəldilib. Oyunlarda 20 idman növü üzrə yarışlar olacaq. Bunlardan 16-sı Olimpiya, 4-ü isə yeni növlərdir. Yeni oyunlar 3x3 basketbol, karate, çimərlik futbolu və sambo növləri üzrədir. Sambo oyununun kökləri Azərbaycanın da bir zamanlar tərkib hissəsi olduğu Sovet İttifaqının hərb tarixinə gedib çıxır. Bu döyüş sənəti 1920-ci ildə Qızıl Ordunun əsgərlərinin əlbəyaxa döyüş qabiliyyətlərini artırmaq üçün tətbiq edilib və silahsız özünümüdafiə adlanır. Biz bu sahədə Rusiyanın daha yaxşı oyun nümayiş etdirəcəyini gözləyirik”.

Məqalədə Avropa Oyunlarının iki əsas üstünlüyünün olacağı qeyd edilib: “İdmançılar həm medal qazanacaqlar, həm də Rio-de Janeyroda keçiriləcək 2016-cı il Olimpiya oyunları üçün qiymətləndiriləcəklər. Olimpiya Oyunları qiymətləndirməsinə əsasən 253 medal təşkil ediləcək. Əvvəlcə ilkin versiyalar var idi ki, Rusiya və Türkiyə bu yarışları keçirmək uğrunda mübarizə aparacaq. Lakin yarışı keçirmək üçün yeganə namizəd Bakı oldu və 2,5 milyonluq Bakı bu idman yarışına ev sahibliyi edəcək”.

Məqalədə Bakı haqqında da məlumat verilərək onun Cənubi Qafqazda və Xəzərin sahilində ən böyük şəhər olduğu xatırladılıb: “Neftlə zəngin olan şəhərin digər zənginlikləri də var. Şəhərdə parlaq ofis binaları, bulvar var və şəhərin mərkəzi küçələrində brend mağazalar fəaliyyət göstərir. Bu parlaqlıqdan kənara baxdıqda siz bu ərazinin əsl ürəyini - qədim şəhərin qala divarlarını görəcəksiniz. UNESCO-nun irsinə daxil olan bu ərazi 12-ci əsrə aiddir. Bu oyunlarla Azərbaycan özünü və paytaxtını diqqət mərkəzinə gətirmək istəyir. Azərbaycanın gənclər və idman nazirinin “The Guardian”a dediyi kimi, əsas məsələ ölkənin dünyanın və Avropanın xəritəsində yerini göstərməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR