İrəvanda etiraz aksiyasında iştirak edən 68 nəfər saxlanılıb

İrəvanda etiraz aksiyasında iştirak edən 68 nəfər saxlanılıb
# 18 aprel 2018 11:59 (UTC +04:00)

Bu gün İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edən 68 nəfər saxlanılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR