“Nezavisimaya qazeta”da Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı məqalə dərc olunub

“Nezavisimaya qazeta”da Bakıda keçiriləcək  I Avropa Oyunları ilə bağlı məqalə dərc olunub
# 04 iyun 2015 08:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunlarını olimpiya səviyyəsində təşkil edir”.

APA-nın məlumatına görə, bu barədə “Nezavisimaya qazeta”nın Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı yaydığı məqalədə deyilir.

Məqalədə qeyd olunub ki, 6 mindən çox idmançının qatılacağı yarışa hazırlıq işləri demək olar ki, bitib və Bakı yüksək səviyyədə təşkil olunmuş idman obyektləri ilə zənginləşib: “Sosial infrastrukturlar, stadionlar, hovuzlar və idman sarayları nəinki oyunlar üçün tikilib, onlar həmçinin Azərbaycanda kütləvi idmanın inkişafı üçün çalışacaq. Bunlar həmçinin 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları və digər beynəlxalq idman yarışları zaman da istifadə olunacaq. Avropa oyunlarına hazırlıq ciddi zaman azlığı çərçivəsində baş tutdu. Çünki Olimpiadanın qitə analoqu olan bu yarışı keçirmək üçün Bakı yalnız 2012-ci ilin dekabrında seçilib. Yarış Bakının müxtəlif istiqamətlərində 18 obyektdə keçiriləcək, yalnız avarçəkmə və kanoe yarışları Mingəçevir şəhərində baş tutacaq. Mərkəzi idman stadionu 65 milyonluq izləyici tutumuna malik Milli Stadion olacaq. Məhz açılış mərasimi də bu stadionda keçiriləcək. Açılış mərasimində baş tutacaq şounun bədii rəhbəri Dmitris Papaioannou 2004-cü il Afinada keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin də təşkilatçısı olub. Azərbaycanın artıq böyük Avropa oyunu keçirmək təcrübəsi var. “Eurovision 2012” müsabiqəsinə ev sahibliyi edən Azərbaycan bu dəfə bir çox obyektlər sıfırdan tikilib”.

Məqalədə bu obyektlərin sırasında Su idman növləri Sarayı, sarayın yaxınlığında su polosu, çimərlik futbolu, voleybol kimi yarışlar üçün yüngül stadion, Milli Gimnastika arenası və digər obyektlər göstərilir.

Yazıda deyilir ki, Oyunların hazırlıq işləri ilə digər olimpiadalarda iştirak etmiş beynəlxalq komanda çalışır: “Onlara 12 minlik könüllülər qoşulub. İdman yarışı müddətində könüllülər ödənişsiz şəhər nəqliyyatından istifadə edə biləcək, pulsuz yemək, danışıq kartı, motivəedici suvenirlər, uniformalarla təmin olunacaqlar. Xarici könüllülər isə uçuş bileti və Bakıda yerləşdirmə ilə təmin olunacaqlar. Lakin könüllülərin 85 faizi yerli sakinlərdir və onlar üçün beynəlxalq yarışda iştirak etmək unikal imkandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR