Sumqayıtda ev yanıb, ata və qızı xəsarət alıb

Sumqayıtda ev yanıb, ata və qızı xəsarət alıb
# 09 noyabr 2017 07:13 (UTC +04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb, xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR