Qaxda avtomobillə motoroller toqquşub, xəsarət alan var - FOTOSESSİYA - VİDEO

Qaxda avtomobillə motoroller toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2014 14:27 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda minik avtomobili ilə motorollerin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala yolunun Alatəmir kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala istiqamətində hərəkətdə olan Balakən şəhər sakini, 29 yaşlı Rasim Hüseynovun idarə etdiyi "Toyota- Prado"markalı, 08 BF 174 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən Qax rayonunun Qaxingiloy kənd sakini, 28 yaşlı Maxari Tartaraşvilinin idarə etdiyi Motorollerlə toqquşub. Nəticədə "Toyota-Prado" yolun sağ tərəfindəki kolluq hissəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin xəsarət almasa da, motorollerin sürücüsü aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Maxari Tartaraşvilinin ayağında cərrahiyyə əməliyyatı aparıldığı bildirilib. Onun müalicəsinin Bakıdakı və ya qonşu Gürcüstandakı xəstəxanalardan birində davam etdirilməsi məsləhət görülüb.

Məlumata görə, hadisəyə motorollerin anidən avtomobilin qarşısına çıxması səbəb olub. Motorollerin sürücüsünün içkili olduğu bildirilir. Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR