“Rabitəbank”ın məcmu kapitalı və aktivləri artıb

“Rabitəbank”ın məcmu kapitalı  və aktivləri artıb
# 28 iyul 2015 10:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Müstəqil Azərbaycanın ilk banklarından biri kimi 1993-cü ildən etibarən fəaliyyətə başlayan “Rabitəbank” ASC hal-hazırda maliyyə göstəricilərinə əsasən stabil və dinamik inkişafını qoruyub saxlamaqdadır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin iki rübü ərzində bank ötən illə müqayisədə aktivlərini və müştəri bazasını, həmçinin fəaliyyət dairəsini genişləndirməyə nail olub.

İkinci rübün sonunda “Rabitəbank” ASC-nin depozitləri 40% artaraq 239 mln. manat, məcmu kapitalı isə 7%-dək artaraq 63 mln. manat və aktivləri 6%-dək artaraq 340 mln. manat təşkil edib. Bu göstəricilərlə yanaşı, bank ikinci rübü 2,41 mln. manat mənfəətlə yekunlaşdıra bilib. “Növbəti rüb ərzində bank qoyduğu hədəflərə daha inamla addımlamağı və bazarda tutduğu mövqeyi bir qədər də gücləndirməyi nəzərdə tutur”, -deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hal-hazırda, “Rabitəbank” ASC ölkənin əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə 60,000 nəfərə yaxın aktiv müştəriyə müxtəlif növ kreditlər, geniş çeşiddə plastik kartlar, əmanətlər, sürətli pul köçürmələri və digər maliyyə xidmətlərini təqdim etməkdə davam edir.

Bankın xidmətləri və fəaliyyəti haqqında ətraflı məlumatla rəsmi internet ünvanından http://www.rabitabank.com/ tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR