Mərkəzi Afrika Respublikasında iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb

Mərkəzi Afrika Respublikasında iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb
# 29 iyun 2013 19:29 (UTC +04:00)

Bakı-APA. Mərkəzi Afrika Respublikasında (MAR) təşkil olunan dinc aksiya gözlənilmədən iğtişaşlarla nəticələnib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, iğtişaşlar nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Xəbərə görə, etirazlar MAR-ın paytaxtı Banqi şəhərinin Qabonqo rayonunda ötən gündən başlayıb. Etirazlara səbəb üsyançılar tərəfindən girov götürülmüş tələbənin qətli olub.

Yerli hakimiyyət nümayəndəsi iğtişaşlar zamanı üç nəfərin öldüyünü təsdiqləyib. Onun bildirdiyinə görə, ölənlərdən ikisi “Seleka” üsyançı hərəkatının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR