“AtraBank” səhmdarlarının ümumi iclasının vaxtı açıqlanıb

“AtraBank” səhmdarlarının ümumi iclasının vaxtı açıqlanıb
# 23 iyun 2014 11:54 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Avqustun 6-da “AtraBank”ın səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasda səhmdarlar bankın 2013-cü il üçün maliyyə hesabatını təsdiq və məcmu kapitalı məsələsini müzakirə etməlidir.


Bundan başqa, bankın cari fəaliyyəti ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.


31 mart 2014-cü ilə olan vəziyyətə görə, bankın məcmu kapitalı 21 mln. 391,12 min manata bərabər olub.


Qeyd edək ki, Mərkəzi Bankın qərarı ilə 2015-ci il yanvar ayının 1-nə qədər Azərbaycanda bankların məcmu kapitalının minimal həcmi 50 mln. manata bərabər olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR