Keytlin Heyden: “ABŞ İran xalqına yardım etməyə hazırdır”

Keytlin Heyden: “ABŞ İran xalqına yardım etməyə hazırdır”
# 11 aprel 2013 14:51 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ İranın Buşəhr vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına hazırdır”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Ev yanında nümayəndəsi Keytlin Heyden bildirib.

Onun sözlərinə görə, ABŞ İran xalqının dərdini bölüşür: “Biz zəlzələ nəticəsində insanların ölməsindən və yaralanmasından dərin kədər hissi keçiririk. ABŞ İran xalqına bu ağır vəziyyətində yardım etməyə hazırdır”.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə Kaki, Hörmüz və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hörmüz şəhərinin ətrafında iki kənd tamamilə dağıdılıb. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 950 nəfər də yaralanıb. Ölənlərdən 8 nəfəri 10 yaşlarında olan uşaqlardır. Buşəhr vilayətinin valiliyindən dəyən ziyanın miqdarının 154 milyard tümən olduğu bildirilib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR