Azərbaycanın fond indeksləri yüksəlib

Azərbaycanın fond indeksləri yüksəlib
# 21 oktyabr 2013 06:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,03% artaraq oktyabr ayının 21-nə 94,94 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,97 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,02% yüksəlib və 106,79-a bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR