“Eurovision-2012” müsabiqəsi ərəfəsində Azərbaycanda terror keçirməyi planlaşdırmaqda təqsirləndirilənlərin məhkəmə istintaqı yekunlaşıb

“Eurovision-2012” müsabiqəsi ərəfəsində Azərbaycanda terror keçirməyi planlaşdırmaqda təqsirləndirilənlərin məhkəmə istintaqı yekunlaşıb
# 22 oktyabr 2013 09:01 (UTC +04:00)

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşmasına qərar verilib. Daha sonra dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün proses oktyabrın 23-nə təxirə salınıb. Həmin gün dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR