Azərbaycanın vergi orqanlarının xətti ilə büdcə daxilolmaları gələn il 11% artacaq

Azərbaycanın vergi orqanlarının xətti ilə büdcə daxilolmaları gələn il 11% artacaq
# 08 oktyabr 2013 14:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin xətti ilə gələn il dövlət büdcəsinə 7 102,0 mln. manat həcmində vəsaitin daxil olacağı proqnozlaşdırılır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Bunun 4 300,0 mln. manatı və ya 60,5%-i qeyri-neft sektoru, 2 802,0 mln. manatı və ya 39,5%-i isə neft sektorunun payına düşür.

Vergilər Nazirliyinin xətti ilə 2014-cü il üçün proqnozlaşdırılan daxilolmalar 2012-ci ilin faktiki göstəricisinə nisbətən 1 076,6 mln. manat və ya 17,9%, bu ilin proqnozu ilə müqayisədə 702,0 mln. manat və ya 11,0% çox, qeyri-neft sektoru üzrə isə müvafiq olaraq 1 009,3 mln. manat və ya 30,7%, 540,0 mln. manat və ya 14,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR