Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi: Azərbaycanda çörəyin keyfiyyəti yüksəlib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi: Azərbaycanda çörəyin keyfiyyəti yüksəlib
# 07 iyun 2013 09:32 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

Onun sözlərinə görə, çörəyin keyfiyyətinə nəzarət üçün komitədə komissiya yaradılıb və Bakının bütün rayonları, eləcə də respublikanın regionlarında müfəttişlər işləyir: «Həmin müfəttişlər hər həftə çörək istehsalı müəssisələrində olur və istehsala nəzarət edir, onlara köməklik göstərir, eləcə də tələblərə cavab verməyən müəssisələr barədə ciddi tədbirlər görürlər».

Ə.İmanov qeyd edib ki, indiyədək tələblərə cavab vermədiyinə görə fəaliyyəti dayandırılan çörək sexləri də var: “Ümumilikdə son 3 ayda tələblərə cavab verməyən müxtəlif müəssisələr 126 min manat cərimə edilib. Son 15 gündə isə Bakı şəhərində fəaliyyət göstərən və tələblərə cavab verməyən çörək müəssisələri 15 min manat cərimələnib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR