Bakının Xətai rayonunun su təchizatı məhdudlaşdırılır

Bakının Xətai rayonunun su təchizatı məhdudlaşdırılır
# 01 iyul 2014 07:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Xətai rayonunun bir hissəsində su təchizatında fasilələr yaranacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Natiq Əliyev küçəsindən keçən 500 mm diametrli magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar bu gün iyulun 1-də gün ərzində Babək prospekti, N.Rəfiyev, N.Əliyev küçələrinə və “Qara şəhər” ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR