Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin müdafiə sənayesi katibi ilə görüşüb - FOTOSESSİYA

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin müdafiə sənayesi katibi ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2013 18:19 (UTC +04:00)

İstanbul. Rəşad Süleymanov - APA. Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin müdafiə sənayesi katibi Murad Bayarla görüşüb. APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın mövcud durumu və inkişafına dair fikir mübadilələri aparılıb.

Nazir Y.Camalov Azərbaycan MSN-in Türkiyə firmaları ilə əməkdaşlıqda maraqlı olduğunu, bu sahədə artıq bir sıra birgə layihələrin həyata keçirildiyini deyib.

Bu gün həmçinin Türkiyənin ASELSAN şirkətinin rəhbərliyi Azərbaycan MSN-in stendinə gəlib. Görüşdə ASELSAN və MSN arasında əməkdaşlıq və birgə layihələr müzakirə edilib.

Qeyd edək ki, bu gün İstanbulda İDEF-2013 beynəlxalq müdafiə sərgisinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, sərginin açılış mərasimini bildirən lenti Türkiyənin Böyük Millət Məclisinin sədri Cəmil Çiçək kəsib. Açılış mərasimində müdafiə naziri İsmət Yılmaz, Türkiyə ordu rəsmiləri, dəvətli nazirlər, o cümlədən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri general-polkovnik Səfər Əbiyev iştirak ediblər.

Sərgidə Azərbaycandan Müdafiə Nazirliyinin geniş tərkibli nümayəndə heyəti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, «Azairtechservice» şirkətinin nümayəndələri iştirak edir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və DSX rəisi Elçin Quliyev MSN stendinə gələrək Azərbaycanın istehsalı olan məhsullarla tanış olublar.

Sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti Türk firmalarının, habelə xarici şirkətlərin stendlərini gəzərək tanış olublar. Azərbaycan heyətinə Otokar şirkətinin istehsalı olan “Altay” tankı, “Tulpar” piyadaların döyüş maşını, yeni Cobra II, həmçinin TAI şirkəti tərəfindən T129 ATAK helikopteri barədə məlumat verilib.

Sərgidə nümayiş etdirilən 14.5 mm çaplı «İstiqlal» snayper tüfənginin modernləşdirilmiş versiyası olan «İstiqlal-T», HP-7.62 hücum pulemyotu, həmçinin «Gürzə» patrul maşını, müxtəlif çaplı döyüş sursatları böyük marağa səbəb olub.

Açılış mərasimindən sonra Türkiyənin müdafiə naziri İsmət Yılmaz, sərgiyə qatılan ölkələrin müdafiə nazirləri Azərbaycan stendində olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR