Bakıda “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir - APA TV

Bakıda “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir - <span style="color: red;">APA TV
# 25 iyun 2013 08:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün Bakıda 26 iyun - “Narkotiklərin sui-istifadəsi və qanunsuz dövriyyəsi əleyhinə Beynəlxalq Gün” münasibətilə “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir.

APA-nın məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilir.


Konfransda çıxış edən Milli Ofisin rəhbəri Məzahir Əfəndiyev qeyd edib ki, Azərbaycanda narkotiklə mübarizə istiqamətində 1996-cı ildən etibarən mühüm işlər görülüb: “İstər Narkomaniya ilə mübarizə komissiyası, istərsə də dövlət orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində müvafiq işlər həyata keçirilib. Lakin Azərbaycanda son illər aparılan bu işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Hər il 10-15 insan narkotik istifadəçisinə çevrilir”.

Daha sonra M.Əfəndiyev tərəfindən bununla bağlı statistikanı açıqlayıb. Statistikaya görə, Azərbaycanda ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni dövriyyədən 1 ton 371 kiloqram narkotik vasitə çıxarılaraq məhv edilib. Son vaxtlar ölkədə narkotiklərdən istifadəyə meyllilik artıb və bu özünü gənclər, yeniyetmələr arasında daha qabarıq formada göstərir. Bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27 910 nəfər təşkil edir ki, onların da 21 999 nəfəri dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir. Rəsmi statistika son 5 ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə etməsi hallarına rast gəlinib. M.Əfəndiyev deyib ki, bunu qismən də olsa, aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas istiqamətdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, effektiv aparılması vacibdir.

Qeyd edək ki, konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra deputatlar və QHT nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR