Sinay yarımadasında Misir Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində 16 ekstremist öldürülüb

Sinay yarımadasında Misir Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində 16 ekstremist öldürülüb
# 08 fevral 2014 22:34 (UTC +04:00)

Bakı-APA. Sinay yarımadasının şimalında Misir Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində 16 ekstremist öldürülüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ekstremistlər hərbi aviasiyanın Şeyx Züveyd şəhəri yaxınlığında həyata keçirdiyi reyd zamanı zərərsizləşdirilib.

Məlumata görə, öldürülənlər arasında son aylar törədilən terror aktları ilə əlaqəli olan “Ənsər Beyt əl Məqdis” qruplaşmasının liderinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR