Üç gün əvvəl Bakıda dəm qazından boğularaq ölən 16 yaşlı Nədimə Novruzovanın tanınmış musiqiçinin qızı olduğu üzə çıxıb - YENİLƏNİB

Üç gün əvvəl Bakıda dəm qazından boğularaq ölən 16 yaşlı Nədimə Novruzovanın tanınmış musiqiçinin qızı olduğu üzə çıxıb - <span style="color: red;">YENİLƏNİB
# 15 fevral 2014 11:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Üç gün əvvəl Bakıda dəm qazından boğularaq ölən 16 yaşlı Nədimə Novruzovanın ”Savalan” Mistik Musiqi Qrupunun rəhbəri, tanınmış sufi ifaçısı Novruz Novruzlunun qızı olduğu məlum olub.

Bu barədə APA-ya N. Novruzlunun dostları məlumat veriblər.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Nədimə Novruzova fevralın 12-də evində dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

13 Fevral 2014 12:56

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Nədimə Novruzova fevralın 12-də evində dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR