Bu il respublikanın 5 rayonunda törədilən qətl hadisəsinin üstü açılmayıb

Bu il respublikanın 5 rayonunda törədilən qətl hadisəsinin üstü açılmayıb
# 02 avqust 2013 12:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu il respublikanın 5 rayonunda törədilən qətl hadisəsinin üstü açılmayıb. APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində qeyd edib ki, 2013-cü ilin birinci yarısında Daxili İşlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində ölkədə kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınan 10 min 929 cinayətin 86,9 faizinin açılması təmin edilib.

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR