Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesi başa çatıb

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesi başa çatıb
# 21 oktyabr 2013 14:55 (UTC +04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla da xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi başa çatıb.

Qeyd edək ki, bu il Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilib. Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış bütün tələbələri təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR