Ombudsman Çexiyanın Azərbaycandakı səfirini qəbul edib

Ombudsman Çexiyanın Azərbaycandakı səfirini qəbul edib
# 05 may 2014 16:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Çexiyanın Azərbaycana yeni təyin edilmiş səfiri Vitezslav Pivonkanı qəbul edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüşdə Ombudsman təsisatı ilə Çexiya Respublikası arasında insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyətin prioritet məsələləri barəsində fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda qonaq Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, Ombudsman təsisatı ilə gələcəkdə də əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, Müvəkkilə səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkür edib.

E.Süleymanova qonağa təsisatda hazırlanan İngiliscə-Rusca-Azərbaycanca, Azərbaycanca-Rusca-İngiliscə hüquq lüğətlərinin və MFP-nin bir nüsxəsini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR