Sabir Rüstəmxanlı: “Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda oxuması üçün fond yaradılmalıdır”

Sabir Rüstəmxanlı: “Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda oxuması üçün fond yaradılmalıdır”
# 14 noyabr 2013 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA. “Xaricdə yaşayan azərbaycanlıların ölkəmizlə əlaqələrini möhkəmləndirmək və onların Azərbaycanla münasibətlərini dəyişmək, xaricdəki azərbaycanlı gənclərin Azərbaycanda oxuması üçün mütləq bir fond yaradılmalıdır”.


APA-nın məlumatına görə, belə bir təkliflə bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı çıxış edib.


Onun sözlərinə görə, xaricdəki azərbaycanlıların Azərbaycanla əlaqələrini gücləndirmək üçün mütləq bir fond yaradılmalıdır: “Bircə nəfər azərbaycanlını nə Güney Azərbaycandan, nə də Avropadan gətirib Azərbaycanda oxutdura bilmirik. Cəmi 1 mln. pul lazımdır ki, təxminən 500 tələbə hər il Azərbaycanda gəlib oxusun. Bu, bizim strategiyamızın əsas xətlərindən biri olmalıdır”.


S.Rüstəmxanlı Maliyyə Nazirliyindən imkan daxilində bu məsələyə şərait yaratmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR