Mustafa Hacıbəyli: “İmzatoplama kampaniyası səbəbindən “EL” hərəkatına qarşı ittihamlara vaxtında cavab verilməyib”

Mustafa Hacıbəyli: “İmzatoplama kampaniyası səbəbindən “EL” hərəkatına qarşı ittihamlara vaxtında cavab verilməyib”
# 04 sentyabr 2013 11:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Ola bilər ki, imzatoplama kampaniyası ilə əlaqədar məhbuslar və “EL” hərəkatına olan təzyiqlərlə bağlı məsələ ikinci plana keçib”. Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli verib.

“EL” hərəkatının Milli Şura barəsində səsləndirdiyi ittihamlara cavab verən M. Hacıbəyli hesab edir ki, Milli Şuraya daxil olan partiyalar “EL” hərəkatına qarşı ittihamları bəyanat qəbul etməklə pisləyiblər: “Narazılığa gəlincə, ola bilər ki, imzatoplama kampaniyası ilə əlaqədar məhbuslar və “EL” hərəkatına olan təzyiqlər məsələsi ikinci plana keçib. Lakin hesab etmirəm ki, bu inciklik üçün əsas olmalıdır”.

Xatırladaq ki, “E” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında Milli Şuranı hərəkata qarşı ittihamlarla bağlı mövqesizlikdə ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR