Xaçmazda baş verən qəzada 6 nəfər xəsarət alıb

Xaçmazda baş verən qəzada 6 nəfər xəsarət alıb
# 25 iyul 2013 07:21 (UTC +04:00)

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, “Vaz 21 06” ilə traktor, “Vaz 21 07” ilə “Hyundai” markalı avtobus toqquşub. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan şəxslər Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Mənsur Babayev, 1953-cü il təvəllüdlü Nargilə Qədirova, 1989-cü il təvəllüdlü Günay Qədirova, 2008-ci il təvəllüdlü Kənan Qədirov, 1985-ci il təvəllüdlü Cəlil Qədirov və 1985-ci təvəllüdlü Ruslan Qədirovdur. Xəstəxanadan verilən məlumata görə, qəza zamanı xəsarət alanlardan Ruslan və Kənan Qədirovun müalicəsi tibb müəssisəsində davam etdirir. Onlarının vəziyyətinin orta ağır olduğu bildirilir. Digər xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR