ETSN ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb

ETSN ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb
# 17 iyul 2013 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 1-15 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 148 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 46 müddətli məcburi göstəriş verilib.


Ümumilikdə, 21 iş üzrə 39500 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 548,14 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 256 iş üzrə 42349 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, məhkəməyə 1, icra qurumlarına isə 14 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR