Quba-Xaçmaz iqtisadi rayonunun regional planlaşdırma sxemi hazırlanıb

Quba-Xaçmaz iqtisadi rayonunun regional planlaşdırma sxemi hazırlanıb
# 07 yanvar 2014 14:13 (UTC +04:00)

Belə ki, bu iqtisadi rayon üzrə məskunlaşma, təbiətdən istifadə və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi artıq hazırlanıb. Hazırda sənəd razılaşdırılma və təsdiq olunma mərhələsindədir.

İqtisadi rayonunun regional planlaşdırma sxemini hazırlayan «Renessans Studio» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, bu ərazi üzrə inkişaf sxeminin əsas cəhətlərindən biri regionun mərkəzi kimi bölgənin ən iri şəhəri olan Xaçmazın seçilməsidir.

Plana əsasən, Quba-Xaçmaz iqtisadi rayonu iki dövrdə - 2018-ci ilədək (I növbə) və 2030-cu ilədək (layihə dövrü) üçün sosial-iqtisadi inkişafın bütün sahələri üzrə yüksək inkişaf dövrünü keçəcək.

Birinci növbəyə görə, region sosial-iqtisadi cәhәtdәn inkişaf etmiş, bütün sahәlәrdә rәqabәt qabiliyyәtli bir bölgə olacaq. İqtisadi regionun әn ucqar kәndlәrindә belә vәtәndaşların rahat gündәlik hәyatı üçün bütün lazımi kommunikasiyalar (rabitә, internet, bank xidmәtləri, kommunal xidmәtlәr, yollar vә s.), sәhiyyә vә tәhsil xidmәtlәri tәmin edilәcәk.

Eyni zamanda, qeyri-neft sәnayesinin şaxәlәndirilmәsi vә inkişaf etdirilmәsi, alternativ və bərpa olunan enerji mənbәlәrindәn istifadə imkanlarının genişlәndirilmәsi, aqrar sektorun inkişafı vә ərzaq təhlükәsizliyinin güclәndirilmәsi, ticarәt vә xidmәt fәaliyyәt növlərinin genişləndirilməsi vә inkişaf etdirilmәsi prioritet istiqamәtlәr kimi seçilib.

Regionda meyvəçilik, heyvandarlıq, quşçuluq məhsullarının istehsalı, yüngül və yeyinti sənayesi sahələrinin inkişafının dəstəklənməsi, rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi, magistral avtomobil yolları ətrafının yaşıllaşdırılması, ölkə əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yenidən qurulması və tikintisi, məskunlaşma, təbiətdən istifadə və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin işlənməsi, o cümlədən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması kimi sahələrə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, investisiya sahələrinə Vəlvələçay çayında mühafizə tədbirlərinin aparılması, şimal çaylarında sugötürmə və nəqletmə qurğularının inşası, iqtisadi rayon üzrə toplam gücü 143,37 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi, sənaye, kənd təsərrüfatı və məişət tullantılarından bio-maddələrin istehsalı və tətbiqi üzrə müasir texnologiyaların işlənməsi və tətbiqi kimi sahələrə investisiya qoyuluşları da planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR