Milli Məclis iki qanun layihəsini müzakirəsiz qəbul edib

Milli Məclis iki qanun layihəsini müzakirəsiz qəbul edib
# 16 may 2014 11:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Təklif edirəm ki, 2 qanun layihəsi qalıb onu da müzakirəsiz qəbul edək”.

APA-Economics”in məlumatına görə, belə bir təkliflə bu gün keçirilən Milli Məclisin plenar iclasında vitse-spiker Ziyafət Əsgərov çıxış edib.

O, “Dövlət rüsumu haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında və “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi haqqında qanun layihələrin müzakirə zamanı müzakirələrin edilməməsini təklif edib.

Millət vəkilləri səs qoyaraq bu iki qanun layihələrini qəbul ediblər.

Qeyd edək ki, bu gün keçirilən Milli Məclisin plenar iclasındakı işində millət vəkilləri 7 qanun layihəsini qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR