Azərbaycanın Dövlət Komitəsinin sədri Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında çıxış edib - FOTO

Azərbaycanın Dövlət Komitəsinin sədri Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında çıxış edib - <span style="color: red;">FOTO
# 13 mart 2014 12:32 (UTC +04:00)

Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri, xanım Hicran Hüseynova da iştirak edib.

Komitədən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən H. Hüseynova Dağlıq Qarabağ münaqişəsi zamanı zərər çəkmiş uşaqlar və qadınlar haqqında məlumat verib.

H. Hüseynova Pakistanın Milli Səhiyyə Xidməti və Koordinasiya naziri, xanım Saira Afzal Tarar, BMT-nin Avropa üzrə iqtisadi təhlükəsizliyinin rəsmi üzü, xanım Malika Koparanova, CEDAW Komitəsinin prezidenti, xanım Nicole Ameline, CEDAW Komitəsinin vitse-prezidenti, xanım Pramila Patten ilə görüşlərdə də iştirak edib. Görüşlər qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsinə həsr olunub.

Görüşlər zamanı ikitərəfli memorandumların imzalanması və beynəlxalq əlaqələrin gücləndirilməsi qərara alınıb.

H. Hüseynovanın sessiyada növbəti çıxışı martın 11-də olub. Çıxış Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində olan vəziyyət, əldə olunan nailiyyətlər, uşaq və qadın sahəsində dünyada olan problemlər və onların dünya birliyi tərəfindən həll olunmasına dair təkliflər və digər mövzuları əhatə edib.

Çıxışından sonra H. Hüseynova İran İslam Respublikasının vitse-prezidenti, xanım Elham Aminzadə və Mərakeşin həmrəylik, qadın, ailə və sosial inkişaf naziri, xanım Basima Əl Haqqavi ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR