Təhsil Nazirliyi: TQDK-nın apardığı monitorinqlərin nəticələri aidiyyəti ünvanlara çatdırılıb

Təhsil Nazirliyi: TQDK-nın apardığı monitorinqlərin nəticələri aidiyyəti ünvanlara çatdırılıb
# 29 may 2013 16:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yeni tədris ilinə ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün kurrikulum əsasında ilk yeni dərslik komplektləri (dərslik və müəllim üçün metodik vəsait) hazırlanacaq. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, gələn tədris ili üçün 2 və 4-cü sinif dərsliklərinin də çapı nəzərdə tutulur.

Dərsliklərlə bağlı nazirliyə daxil olan bütün təklif və rəylər təkrar nəşrlərdə nəzərə alınmaq üçün nəşriyyat-poliqrafiya müəssisələrinə və müəlliflərə göndərilir və səmərəli olanlar nəzərə alınır. TQDK-nın apardığı monitorinqlərin nəticələri də bu məqsədlə aidiyyəti ünvanlara çatdırılıb.

Təhsil Nazirliyi tibb məntəqələrinin vəziyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib: “Ümumtəhsil məktəblərində tibb otağı fəaliyyət göstərir, həkim, tibb bacısı ştatları mövcuddur. Tibbi xidmət işçiləri yerli səhiyyə təşkilatları ilə əlaqə saxlayır, şagirdlərin sağlamlığının vəziyyəti haqqında məlumatları toplayıb sistemləşdirir, zəruri hallarda tibbi yardım göstərirlər. Onlar uşaqların səhhətindəki hər hansı bir çatışmazlıq haqqında məktəbin rəhbərliyinə, müəllimlərə məlumat verməyə borcludurlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR