Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib - FOTOSESSİYA - VİDEO

Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 yanvar 2014 20:17 (UTC +04:00)

Bakı. Fərahim Qasımov- APA. Bakının Nəsimi rayonunda üç maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Azadlıq prospekti ilə "28 May" adına metrostansiyaya doğru hərəkət edən "Opel Astra" markalı minik avtomobili qarşıda hərəkət edən "Hyundai Tucson" və "Mercedes Benz"lə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, qəzaya "Opel Astra" markalı avtomobilin yağışlı hava ilə əlaqədar sürüşərək digər maşınlarla toqquşması səbəb olub. Qəza ilə bağlı prospektdə tıxac meydana gəlib. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə hər üç maşın hadisə yerində götürülüb. Prospektdə nəqliyyatın hərəkəti yenidən bərpa olunub.

Faktla bağlı Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR