Çexiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Çexiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
# 09 oktyabr 2013 02:26 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Milli Müşahidə Missiyasının nümayəndələri ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Çexiya ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və siyasi-iqtisadi inkişaf prosesləri haqqında məlumat verib. O, Azərbaycanda prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi üçün lazımı şəraitin yaradıldığını vurğulayıb.

Çexiya nümayəndə heyətinin üzvləri seçki məntəqələrinə baş çəkdiklərini və seçkilərin təşkili ilə yaxından tanış olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR