Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib - FOTO

Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 13:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) tərəfindən təşkil olunan mərasimdə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diasporu, iki dövlətin ictimai və siyasi xadimləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş söz ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dünya Azərbaycanlılarının Həmrəylik gününün Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli yer tutduğunu söyləyib: “Dekabrın 24-də prezidentimiz İlham Əliyevin doğum günüdür. Fürsətdən istifadə edib, Rusiya azərbaycanlıları adından İlham Əliyevi təbrik edərək, ona Azərbaycan gələcəyi naminə uğurlar arzulayıram”.

ÜAK prezidenti Məmmədbağır Əliyev də Azərbaycan xalqını təbrik edərək, prezident İlham Əliyevin harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının prezidenti olduğunu vurğulayıb.

Mərasimdə iştirak edən Moskva meriyasının nümayəndəsi, Regionlararası Əməkdaşlıq Departamentinin rəhbəri Yuri Artyux Rusiya və Azərbaycan arasında dostluğun bütün sınaqlardan başıuca çıxdığını bildirib. Moskva hökuməti ilə ÜAK-ın birgə təşkil etdiyi Tofiq Bəhramov adına futzal turnirini xatırlayan meriya nümayəndəsi hər iki xalq ucun bu turnirin bayramı olduğunu söyləyib.

Mərasim çərçivəsində Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında, Azərbaycan diasporunun həyatında fəal iştirak edən soydaşlarımızın Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən diplomlar və medallara mükafatlandırma mərasimi keçirilib. ÜAK-ın Moskva vilayəti üzrə regional nümayəndəliyinin rəhbəri Əlizaman Rəhimov, icraçı direktoru Araz Mürsəliyev, Semaşko adına Mərkəzi Kilinik Xəstəxananın şöbə müdiri Fazil Qurbanov, “Mədəni dialoq - Vahid dünya” fondunun prezidenti Ruslan Bayramov və digər diaspor fəalları səfirliyin diplom və medallarına layiq görülüblər.

Təntənəli mərasimdə Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova, Rusiya və Azərbaycanın əməkdar artisti Sərxan Sərxan çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR