Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar sentyabrda 13% artıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar sentyabrda 13% artıb
# 04 oktyabr 2013 10:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 70,8 mindən çox sığorta müqaviləsi bağlanıb ki, bunların da 21 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanılan icbari sığorta müqavilələri təşkil edib.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında bağlanılmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının həcmi isə ümumilikdə 5,7 mln. manatdan çox olub. Avqust ayı ilə müqayisədə bu icbari sığorta növü üzrə müqavilələrin sayında 3,4%, sığorta haqlarının məbləğində isə 12,7% artım müşahidə edilib. Sentyabr ayında orta sığorta haqqı 81,7 manat təşkil edib.

Həmçinin, göstərilən dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə 6 362, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 205 müqavilə bağlanılıb. Müvafiq olaraq həmin icbari sığorta növləri üzrə 975,3 min manat və 17,4 min manat məbləğində sığorta haqları toplanıb. Bu sığorta müqavilələrinin 66,2%-i yaşayış evləri və mənzillər, 0,7%-i inzibati binalar, 33,1%-i digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR