Azərbaycan Supsa və Ceyhan limanlarından xam neftin ixracını artırıb

Azərbaycan Supsa və Ceyhan limanlarından xam neftin ixracını artırıb
# 01 aprel 2014 13:38 (UTC +04:00)

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% azdır.

Ötən ay Supsa (Qara dəniz, Gürcüstan) limanından 1,5% çox və ya 242 053 ton, Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından isə 20,3% çox və ya 1 702 355 ton xam neft ixrac edilib.

Ümumilikdə bu ilin yanvar-mart ayları ərzində ötən ilin analoji dövrünə nisbətən Novorossiysk limanından 38,1% az və ya 254 330 ton, Supsa limanından 10% çox və ya 807 183 ton, Ceyhan limanından isə 2,3% çox və ya 4 694 973 ton xam neft ixrac edilib.

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR