ABŞ dövlət katibi təcili olaraq İsrailə gəlib

ABŞ dövlət katibi təcili olaraq İsrailə gəlib
# 31 mart 2014 22:40 (UTC +04:00)

APA-nın BBC News-a istinadən verdiyi xəbərə görə, Kerri İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin muxtariyyatının başçısı Mahmud Abbasla görüşəcək.

Ağ Ev onsuzda ləng gedən danışıqlar prosesinin tam iflasa uğramasından ehtiyat edir.

Xatırladaq ki, dünən İsrail həbsxanasındakı fələstinlilərin azadlığa buraxılması qərarından imtina etdiyini bəyan edib.

Netanyahu bir qədər əvvəl bəyan etmişdir ki, israillilərlə fələstinlilər arasında sülh prosesinin gələcək taleyi yaxın günlərdə müəyyən ediləcək. “Danışıqların gələcəyi yaxın günlərdə müəyyən edilə bilər: ya biz bu problemin həllini tapacağıq, ya da sülh prosesi uğursuz olacaqdır”, - deyə Netanyahu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR