Bakıda III Beynəlxalq Kitab Sərgisi-Yarmarkası keçiriləcək

Bakıda III Beynəlxalq Kitab Sərgisi-Yarmarkası keçiriləcək
# 18 sentyabr 2013 07:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 23-25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr edilən III Bakı Beynəlxalq Kitab Sərgisi-Yarmarkası keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, beynəlxalq sərgidə Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub.

Həmin sərgidə TQDK da özünün çoxçeşidli nəşrlərini nümayiş etdirəcək. Sərgi zamanı nəşriyyatlara özlərinin çap məhsullarının satışını təşkil etmək imkanı da yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR