Ərdəbildə 3 nəfər edam edilib

Ərdəbildə 3 nəfər edam edilib
# 23 avqust 2013 07:52 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın Ərdəbil vilayətində 3 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin daşınması və saxlanılmasında günahlandırılıblar. Onlar avqustun 22-də səhər saatlarında Ərdəbil şəhərində dara çəkiliblər. Məhbusların ad və soyadları açıqlanmayıb. Onlardan biri Germi şəhərindəndir və 1,17 kiloqram heroinlə həbs edilib. Digərləri isə 3 kiloqram 251 qram herionlə tutulublar, eyni zamanda 9 kiloqram 878 qram tiryəkin qaçaqmalçılığında iştirak ediblər.

Qeyd edək ki, avqustun 22-də Məşhəddə 2, Urmiyada 5, Həndicanda 1, avqustun 21-də isə Cəhrom və Təbrizdə 2 nəfər dara çəkilib. Bununla da iki gün ərzində 13 nəfər edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR