“UNİBANK” müştəriləri üçün xüsusi şöbə yaradıb

“UNİBANK” müştəriləri üçün xüsusi şöbə yaradıb
# 25 aprel 2014 11:40 (UTC +04:00)

Bakı. APA-Economics. “Unibank” müştərilərin birbaşa müraciəti üçün xüsusi şöbə yaradıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər öz müraciətlərini şifahi, yazılı və elektron formada edə bilər. Elektron müraciətlər bu məqsədlə yaradılan elektron ünvana ([email protected]) göndərilir. Müştərilər qaynar xəttə (117 daxili nömrə 4) zəng edərək, şikayətlərini bildirə bilər. Müraciət edən şəxslərə şikayətlərinin statusunu öyrənmək üçün mərkəzləşdirilmiş baza vasitəsi ilə müvafiq kod verilir. Müraciət edən şəxs kodunu saytda yerləşən xüsusi bölmənin (http://www.unibank.az/az/about-bank/teklif/) müvafiq hissəsinə yazmaqla, müraciətinin həll olunma statusu ilə maraqlana bilər.

Bank tərəfindən istehlakçıların müraciətləri ən geci 10 iş günü ərzində cavablandırılır. Müraciətlə bağlı əlavə araşdırma tələb edilərsə, müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər.

Qeydiyyatı aparılmış müraciətlər isə qeydiyyat bazasında ən azı 5 il müddətinə saxlanılır. Müştərilərin bank məhsulları və xidmətləri ilə bağlı suallarını cavablandırmaq üçün bankın 117 məlumat mərkəzi də xidmət saatlarını artırıb. İndi bankın müştəri xidməti həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR