"Eko rəsm gündəliyi" beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçıları mükafatlandırılıb - FOTOSESSİYA

"Eko rəsm gündəliyi" beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçıları mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 dekabr 2013 09:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən "Eko rəsm gündəliyi" beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçılarının mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, İDEA-nın layihə direktoru Anara İsmayılova bildirib ki, həyata keçirilən layihə başlanğıcdır və yeni ildən etibarən digər təhsil layihələrinin icrasına başlanılacaq.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi qeyd edib ki, "Eko rəsm gündəliyi" beynəlxalq müsabiqəsinin həyata keçirilməsində Yaponiya tərəfinin iştirakından məmnundurlar: "Şadam ki, “Panasonic” firması bizim təmsilçimiz olaraq bu əhəmiyyətli layihənin icrasında iştirak edir. Ümid edirik ki, bu cür layihələr gələcəkdə də davam edəcək və məktəblilərin inkişafında öz töhfəsini verəcək”.

Heydər Əliyev Mərkəzinin sosial və humanitar layihələr departamentinin direktoru Vüqar Məmmədov, “Panasonic” firmasının təmsilçisi Koji Taracima və başqaları icrası başa çatan “Eko rəsm gündəliyi” müsabiqəsinin məktəblilərin inkişafındakı rolundan danışıblar.

Münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanova, eləcə də 19 finalçıya sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Milli qalib Fuad Soltanov anası ilə birlikdə 3-6 dekabr tarixlərində Parisdə beynəlxalq müsabiqənin mükafatlandırılma mərasimində iştirak hüququ qazanıb və Azərbaycanı təmsil edib.

Qeyd edək ki, müsabiqə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və “Panasonic Marketinq MDB”nin dəstəyi ilə təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR