BŞBPİ polisin metro stansiyalarında qəzetlərin satışına qadağa qoyması barədə məlumatlara münasibət bildirib

BŞBPİ polisin metro stansiyalarında qəzetlərin satışına qadağa qoyması barədə məlumatlara münasibət bildirib
# 19 oktyabr 2013 14:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı Şəhər Baş Polis İdarəsi mətbuat vasitələrində paytaxt polisinin metro stansiyalarında müəyyən qəzetlərin satışına qadağa qoyması haqqında yayılan məlumatların düzgün olmadığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumatda bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumatların həqiqətə uyğun olmadığını rəsmən qeyd etməklə yanaşı bildiririk ki, səyyar qəzet satışı ilə əlaqədar mütəmadi olaraq şikayətlər daxil olur. Vətəndaşlar əsasən ictimai yerlərdə və nəqliyyatda, avtomobil yollarında, hətta tıxaclarda səyyar qəzet satışından şikayət edir və bu sahədə müəyyən qayda-qanun yaradılmasını tələb edirlər. Odur ki, polis paytaxtda qanunsuz ticarətin qarşısının alınması çərçivəsində qəzetlərin də satışında müvafiq qayda-qanunun yaradılmasına nəzarət edir. Bir daha vurğulamaq istərdik ki, polis ümumilikdə qanunsuz ticarətlə mübarizə aparır, söhbət hansı qəzetin satılmasından yox, harda satılmasından gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR