Sabah Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - APA TV

Sabah Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - <span style="color: red;">APA TV
# 25 iyun 2013 09:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov- APA. Sabah Bakıda küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, sabah paytaxtda keçiriləcək hərbi paradla əlaqədar olaraq Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində və ona paralel olan Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

V. Əsədov qeyd edib ki, Afiyyədin Cəlilov və Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi ilə Neftçilər prospekti, Ü. Hacıbəyov küçəsi ilə K. Səfərəliyeva küçəsi, Ü. Hacıbəyov küçəsi ilə Zorge küçəsi, Ü. Hacıbəyov küçəsi ilə Puşkin, Ü. Hacıbəyov küçəsi ilə Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsi, Neftçilər prospekti ilə Niyazi küçələri istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Şöbə rəisi həmçinin alternativ yolların siyahısını açıqlayıb. Onun sözlərinə görə, sürücülər Afiyyəddin Cəlilov küçəsinin Nobel prospekti ilə kəsişməsindən keçməklə, N. Rəfiyev küçəsindən istifadə etməklə Babək, Nobel, Xocalı prospektlərinə və 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov və 28 may küçələrinin kəsişməsindən 28 may və K. Səfərəliyev küçəsinə, Bayıl qəsəbəsindən Qurban Abbasov, Teymur Elçin, Mehdi Hüseyn küçələrindən keçməklə Parlament prospektinə, 20-ci sahədən Dağ üstü yolla Padamdar və Mikayıl Müşfiq küçələrinə hərəkət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR