Ukrayna müxalifəti “Amnistiya haqqında” qanunu rədd edib

Ukrayna müxalifəti “Amnistiya haqqında” qanunu rədd edib
# 29 yanvar 2014 23:13 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Tyaqnibok hesab edir ki, qanun bütün məsuliyyəti məhz müxalifətin üzərinə qoyur.

“Bu qanunun qəbul edilməsi ilə onlar törədilmiş bütün cinayətlərin məsuliyyətini, ölkədəki vəziyyət ilə bağlı məsuliyyəti müxalifətin üzərinə atmaq istəyirlər”, - deyə Tyaqnibok bildirib.

Qərarla bağlı müxalifətin atacağı addımlar barədə sualı cavablandıran Tyaqnibok deyib ki, yaranmış vəziyyət “Xalq Radasında” müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR