Kürdəmir-Zərdab yolunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarəti alması ilə nəticələnən yol qəzasını baş verib

Kürdəmir-Zərdab yolunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarəti alması ilə nəticələnən yol qəzasını baş verib
# 15 mart 2014 15:44 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Kürdəmir - Zərdab yolunda qeydə alınıb. 10-UV-692 dövlət nömrə nişanlı “VAZ – 2106” markalı minik maşını hərəkətdə olarkən, idarəetməni itirib və işıq dirəyinə çırpılıb.

Nəticədə “VAZ -2106” markalı maşında olan sərnişin, Zərdab rayonunun Şahhüseynli kənd sakini Osmanov Ramin Qərib oğlu dünyasını dəyişib.

Zərdab rayon Osmanobad kənd sakinləri 38 yaşlı Cəfərov Fizuli Namizəd oğlu və 53 yaşlı İbrahimov Yaşar İsmayıl oğlu xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR