Ötən il Azərbaycanda 912 min avtomobil icbari sığortalanıb

Ötən il Azərbaycanda 912 min avtomobil icbari sığortalanıb
# 07 yanvar 2014 09:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Azərbaycanda 55,8 min avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müqavilə bağlanılıb.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,9 mln. manatdan çox olub.

Ümumilikdə, ötən il ərzində isə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 911,9 mindən çox sığorta müqaviləsi bağlanıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 69,3 mln. manat təşkil edib. Əvvəlki illə müqayisədə ötən il sığorta müqavilələrinin sayında 0,5%, sığorta haqlarının məbləğində isə 3,6% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR