“Hizbullah” Suriyada savaş elan etmək üçün Xamneyinin əmrini gözləyir

“Hizbullah” Suriyada savaş elan etmək üçün Xamneyinin əmrini gözləyir
# 17 may 2013 08:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ““Hizbullah” Suriyadakı bütün müxalif qruplara savaş elan etmək üçün İranın ali dini lideri, ayətullah Əli Xamneyinin əmrini gözləyir”. APA-nın ABNA-ya istinadən məlumatına görə, bunu Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının baş katibinin müavini, Şeyx Naim Qasımi bildirib.

Onun sözlərinə görə, Bəqaə vadisinin bir hissəsi Suriya ərazisində yerləşir: “Ona görə də “Hizbullah” öz vətəndaşlarını qorumaq üçün Suriyanın bu hissəsində “təkfirçi terrorçular”ın vətəndaşlarımıza qarşı hücumlarının qarşısını almaqdır. Həzrəti Zeynəbin türbəsini qoruyan briqadalardan birini də “Hizbullah” qurub. “Hizbullah”ın fəaliyyəti ölkə sərhədlərini aşıb. Hazırda yeganə fəaliyyət sahəmiz Livanla məhdudlaşmır. Bu istər düşmən, istər dost olsun, hər kəsin bildiyi bir şeydir. “Hizbullah” qüvvələri Suriyada Bəşər Əsədlə birlikdə müxaliflərə qarşı döyüşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR