Rus Dram Teatrının kollektivi Moskva və Vilnüsdə qastrolda olacaq

Rus Dram Teatrının kollektivi Moskva və Vilnüsdə qastrolda olacaq
# 26 avqust 2013 10:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi qastrol səfərinə yollanacaq. Teatrdan APA-ya verilən məlumata görə, sentyabrın 25-də teatrın kollektivi Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi M.F. Axundzadənin “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli Şah cadukuni-məşhur” və Yonas Vaytkusun rejissoru olduğu Nizami Gəncəvinin “Yeddi gözəl” tamaşalarını nümayiş etdirəcək.

Moskvaya qastrol səfərindən sonra kollektivin Litvanın Vilnüs şəhərində çıxışı nəzərdə tutulub. Litva Rus Dram Teatrının səhnəsində sözügedən tamaşalar nümayiş etdiriləcək.

Qatrol səfərləri hər iki ölkənin Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR