İran “Cenevrə-2” konfransına dəvətin geri götürülməsində ABŞ-ı ittiham edir

İran “Cenevrə-2” konfransına dəvətin geri götürülməsində ABŞ-ı ittiham edir
# 21 yanvar 2014 08:31 (UTC +04:00)

Bakı – APA. İran nümayəndə heyəti “Cenevrə-2” beynəlxalq konfransında iştirak məsələsində israr etmir.

APA – nın məlumata görə, bunu “RİA Novosti”yə açıqlamasında İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian deyib.

Qeyd edək ki, BMT baş katibi Pan Gi Mun “Cenevrə-2”də iştirakla bağlı İrana göndərdiyi dəvəti geri götürüb.

“İran tərəfi konfransda iştirakla bağlı öz mövqeyini açıqlayıb. Lakin ABŞ-ın İrana müəyyən şərtlər irəli sürülməsi ilə bağlı israrlı mövqeyi üzündən biz bu konfransda iştirak etməyəcəyik”, - deyə o vurğulayıb.

H. Abdullahian ABŞ-ın irəli sürdüyü tələbləri məntiqsiz kimi xarakterizə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR