Azərbaycanda Aşura günü qan verən 210 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb

Azərbaycanda Aşura günü qan verən 210 nəfərin qanında təhlükəli infeksiya aşkarlanıb
# 21 noyabr 2013 14:17 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva məlumat verib. O bildirib ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya görə-Hepatit B, Hepatit C, HİV və Sifilis infeksiyasına qarşı yoxlanılır. Qanda HİV infeksiyasının çox nadir hallarda aşkarlandığını deyən P.Hacıyeva qeyd edib ki, digər 3 infeksiya mütəmadi olaraq tapılır: “Bu il qan verənlər arasında HİV virusu aşkarlanmayıb, ötən il isə 1 nəfərin qanında olmuşdu”.

P.Hacıyeva Aşura günündə aparılan yoxlama nəticəsində qanında virus aşkarlanan vətəndaşlara müraciət də edib. O bildirib ki, Qan Bankında bütün məlumatlar anonim saxlanılır: “Lakin Aşura günündə qan verən insanlar şəxsiyyət vəsiqələri ilə yaxınlaşıb qanları haqqında məlumat ala bilərlər. Yaxşı olardı ki, 210 nəfər özləri haqqında məlumatı alsın, öncədən infeksiyaya qarşı tədbirlər görsünlər. Bəlkə də onların çoxu bilmir ki, qanlarında hansısa infeksiya var. Bədəndə infeksiya qaldıqca bu gələcəkdə daha ciddi problemlər yarada bilər”.

Baş həkimi qeyd edib ki, ötən il qanverənlərin sayı az olduğundan təxminən 90 litrə yaxın qan yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR