Bakıda çay evi yanıb, 2 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda çay evi yanıb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 aprel 2014 20:19 (UTC +04:00)

APA-nın xəbərinə görə, "555 " adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb.

Yanğın zamanı çay evində olan müştərilərdən APA-ya verilən məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər cəld özlərini çölə atıblar. Onlardan ikisi xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Eyni zamanda yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

***

22:35

Bakı – APA. Bu axşam Bakıda yanğın hadisəsi baş verib

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 612 kv.m olan ikimərtəbəli çay evinin taxta konstruksiyalardan ibarət çardağı 250 kv.m sahədə yanıb. Çay evinin qalan hissəsi və 1-ci mərtəbə yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR